Məşhur futbolçu qəzaya düşdü

Məşhur futbolçu qəzaya düşdü

İspaniyanın “Deportivo” klubunun məşhur hücumçusu Pyer-Emerik Obameyanq avtomobil qəzası keçirib.

Qabonlu forvard məşqə gedərkən başqa bir avtomobillə toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin hər iki avtomobilə ziyan dəyib.

Futbolçu açıqlama verərək hər şeyin qaydasında olduğunu bildirib.

Mənbə: qafqazinfo.az