Xəbər verdiyimiz kimi, MLS-in pley-off mərhələsinin ilk raundunda “İnter Mayami” “Kolambus Kru”ya 0:3 hesabı ilə məğlub olub. Qarşılaşmanın ilk hissəsinə əlavə olunmuş 5-ci dəqiqədə Lionel Messi rəqib komandanın hücumçusu Qonsalo Tapiyanın üzünə top atıb.
Hadisə argentinalı futbolçunun yan xəttdən topu oyuna daxil etməyə hazırlaşdığı zaman baş verib. Nəticədə futbolçular arasında mübahisə yaranıb.
Baş hakim Allen Çepmen həm Messiyə, həm də Tapiyaya sarı vərəqə göstərib.
“Kolambus Kru”nun baş məşqçisi Loran Kurtois Messinin meydandan qovulmalı olduğunu bildirib. Hakim isə topun zərbəsinin gücünün qırmızı vərəqə üçün kifayət etmədiyini əsas gətirib.
Qeyd edək ki, həmin vaxt “İnter Mayami” artıq azlıqda oynayırdı. Komandanın futbolçusu Qonsalo Luhan 36-cı dəqiqədə qırmızı vərəqə almışdı.
Mənbə: bizim.media