“Sabah” – “Barselona” matçına 74 ölkədən bilet alınıb - Foto

“Sabah” – “Barselona” matçına 74 ölkədən bilet alınıb -

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda keçiriləcək “Sabah” - “Barselona” qarşılaşmasına böyük maraq var.

Bu barədə Masazır təmsilçisi sosial şəbəkə hesabında paylaşım edib.

Klubun məlumatına görə, qarşılaşmaya dünyanın 74 ölkəsindən azarkeşlər bilet alıblar.

“74 ölkə. Bir böyük oyun. 74 ölkədən azarkeşlər “Sabah” – “Barselona” matçına bilet alıblar”, – deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, qarşılaşma noyabrın 25-i saat 21:45-də Bakı Olimpiya Stadionunda baş tutacaq.

Mənbə: qafqazinfo.az