21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Omanın U-23 yığması ilə ikinci yoxlama oyununu keçirib.
Qarşılaşma millimizin 4:2 hesablı qələbəsi ilə bitib.
Azərbaycan komandasının qollarını Elgün Dünyamalıyev (28), Əli Xəlilov (42), İlkin Cəfərli (65) və Niyazi Osmanov (78) vurublar.
Qeyd edək ki, Omanın U-23 komandasına qarşı keçirilən ilk yoxlama matçında seçməmiz 2:1 hesablı qələbə qazanmışdı
Mənbə: unikal.az