Andorra – Azərbaycan matçını o idarə edəcək

Andorra – Azərbaycan matçını o idarə edəcək

Beynəlxalq yoxlama oyunları çərçivəsində keçiriləcək Andorra – Azərbaycan matçının hakimləri müəyyənləşib.

Qarşılaşma İspaniyadan olan ədalət təmsilçilərinə tapşırılıb.

Görüşün baş hakimi ispaniyalı Xose Luis Munuera olacaq. Ona həmyerliləri Dieqo Sançes Royo və Diego Barbero köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Pedro Qonçalves yerinə yetirəcək..

Noyabrın 16-da keçiriləcək Andorra – Azərbaycan oyunu saat 22:00-da start götürəcək.

Mənbə: publika.az