Azərbaycan millisinin rəqibləri bilindi

Azərbaycan millisinin rəqibləri bilindi

Azərbaycanın qadınlardan ibarət milli komandasının UEFA Millətlər Liqasının 2027/2028 mövsümündəki rəqibləri bəlli olub.

Siyasət Əsgərovun rəhbərlik etdiyi yığma C Liqasının 2-ci qrupunda mübarizə aparacaq. Komandanın rəqibləri Latviya, Gürcüstan və Lixtenşteyn olacaq.

Qrup mərhələsində komandalar bir-biri ilə evdə və səfərdə qarşılaşacaqlar.

Qeyd edək ki, liqa mərhələsinin oyunları 2027-ci ilin fevral-iyun aylarında keçiriləcək.


Mənbə: unikal.az