18 yaşlı meksikalı istedad Gilberto Moraya Avropada yüksək tələbat qalmaqdadır.
Bu barədə jurnalist Ekrem Konur sosial mediada məlumat verib. Ümidverici futbolçunu “Arsenal”, “Liverpul”, PSJ və “Bayern Münhen” klubları hədəfə alıb.
Lakin Moranın klubu “Ticuana” hələlik konkret transfer təklifi almayıb.
Onu Messi “Barselona”ya da tövsiyə etmişdi.
O, “Transfermarkt” tərəfindən 25 milyon avro olaraq qiymətləndirilir . Meksikalı futbolçunun müqaviləsi 2029-cu ilin yayında başa çatır.
Mənbə: publika.az