İtaliya A Seriyasının IX turu çərçivəsində "Latsio" səfərdə "Sassuolo"nu 6:2 hesabı ilə məğlub edib.
Oxu.Az xəbər verir ki, Roma təmsilçiləri üçün bu, 2021-ci ildən bəri A Seriyasında 6 qol vurduqları ilk oyun olub. Sonuncu dəfə belə bir hadisə 28 avqust 2021-ci ildə "Spetsiya"ya qarşı doğma meydanda keçirilən çempionat matçında (6:1) baş vermişdi. Səfərdə isə "Latsio" 2017-ci il mayın 2-də "Peskara"nı (6:2) məğlub etdikdən sonra ilk dəfə olaraq İtaliya çempionatının bir oyununda 6 dəfə fərqlənib.
Qeyd edək ki, səfərdə vacib qələbə qazanan "Latsio" 25 xal toplayaraq İtaliya çempionatında turnir cədvəlinə liderlik edir. Cennaro Qattuzonun rəhbərliyi altında uğurlu çıxış edən paytaxt klubu bu mövsüm çempionatda hələ ki, məğlubiyyət üzü görməyib. Komanda 8 qələbə qazanıb, cəmi bir oyunda heç-heçə edib. Hazırda "İnter"in "Latsio"ya xal hesabı ilə çatmaq şansı var. Bunun üçün Milan klubu bu gün səfərdə "Venesiya"ya qalib gəlməlidir.
Mənbə: oxu.az