"Barselona" 30 milyonluq müdafiəçi ilə maraqlanır

"Barselona" 30 milyonluq müdafiəçi ilə maraqlanır

İspaniyanın "Barselona" klubu Aleş Baldenin komandadan ayrılacağı təqdirdə Turin "Yuventus"unun və İtaliya millisinin müdafiəçisi Andrea Kambyazo ilə müqavilə imzalamaqda maraqlıdır.

"Calciomercato"ya istinadən xəbər verilir ki, İtaliya klubu 26 yaşlı futbolçunun transfer qiymətini 30 milyon avro müəyyənləşdirib.

Bununla yanaşı, "Yuventus" da Balde ilə maraqlanır. Kataloniya klubu müdafiəçinin transfer dəyərini 40–50 milyon avro arasında qiymətləndirir.

Qeyd olunur ki, ispaniyalı müdafiəçi artıq qış transfer pəncərəsində icarə əsasında "Roma"ya keçə bilər. Müqavilədə futbolçunun sonradan satın alınması imkanı da nəzərdə tutula bilər.

Kambyazo cari mövsümdə bütün turnirlərdə altı oyunda meydana çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçunun "Yuventus"la müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalının məlumatına görə, onun bazar dəyəri 15 milyon avrodur.

Mənbə: publika.az