Azərbaycanın U-15 millisi Bakıda keçirilən dünya çempionatında bu gün Andorra yığması ilə qarşılaşacaq. Qarşılaşma saat 12:45-də start götürəcək.
SOCAR-ın və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf matçı izləmək üçün Hövsan Olimpiya İdman Kompleksinə gəlib.
O, arxasına adı yazılmış 7 nömrəli forma ilə milli komandamıza dəstək olacaq.
Mənbə: qafqazinfo.az