Azərbaycan boksçusu Avropa çempionu oldu

Azərbaycan boksçusu Avropa çempionu oldu

Azərbaycan idmançısı Cəmilə Muradlı Budvada keçirilən 17 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olub.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib.

57 kq çəki dərəcəsində mübarizə aparan milli komandanın üzvü finalda Almaniya təmsilçisi Aliya İbrahimi ilə qarşılaşıb.

Hər üç raundu öz xeyrinə başa vuran Cəmilə Muradlı 5:0 hesabı ilə (30:27, 30:27, 30:27, 30:27, 30:27) qələbə qazanaraq Avropa çempionu tituluna yiyələnib.

Bununla da Azərbaycan millisinin medallarının sayı dördə çatıb. Daha əvvəl boksçularımızdan Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) bürünc medal qazanıblar.


Qeyd edək ki, bu gün daha dörd idmançımız final döyüşünə çıxacaq.

Bizim.Media

Mənbə: bizim.media