Bu yay "Qarabağ"dan Şotlandiyanın "Seltik" klubuna transfer olunan Kamilo Duran ilk dəfə Kolumbiya millisinin düşərgəsinə çağırılıb.
Bu barədə "Seltik"in baş məşqçisi Martin O'Nil mətbuat konfransında məlumat verib.
İrlandiyalı mütəxəssis Duranın son məşqdə iştirak etməməsinə də aydınlıq gətirib. O bildirib ki, futbolçu milli komandaya çağırışla bağlı viza məsələsini həll etmək üçün Londona getməli olub.
Qeyd edək ki, Duran "Seltik"də keçirdiyi ilk 10 oyunda 6 qol vurub və 3 məhsuldar ötürmə edib.
Mənbə: oxu.az