Qapıçı iki qol vurdu, komandasını məğlubiyyətdən qurtardı – VİDEO

Qapıçı iki qol vurdu, komandasını məğlubiyyətdən qurtardı –

Niderland futbolunun əfsanələrindən sayılan Ronald Kumanın oğlu, “Telstar” klubunun qapıçısı Ronald Kuman diqqət mərkəzinə düşüb.

Qolkiper “Kambur” klubu ilə oyunda 2 qol vuraraq komandasını məğlubiyyətdən xilas edib.

“Telstar” 0:2 hesabı ilə geridə olarkən Kuman əvvəlcə 63-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib. 90+11-ci dəqiqədə isə 2-ci dəfə 11 metrlik nöqtəyə yaxınlşıb və rəqib qapısına yol tapıb.

Nəticədə matç 2:2 hesabı ilə başa çatıb.


Mənbə: bizim.media