Acunun komandasının qapısı "kilidlənib"

Acunun komandasının qapısı "kilidlənib"

İngiltərə Premyer Liqasının üçüncü turunda “Hall Siti” “Aston Villa” ilə 0-0 heç-heçə edib.

Türk iş adamı Acun Ilıcalının sahibi olduğu “Hall” cari mövsümdə Premyer Liqada qol buraxmayan yeganə komandadır.

“Pələnglər” cari Premyer Liqa mövsümündə “Mançester Yunayted”i (2-0) və “Koventri Siti”ni (1-0) məğlub edib, həmçinin “Villa” ilə heç-heçə edib. Komanda növbəti matçını 12 sentyabrda səfərdə “Çelsi” ilə oynayacaq.


“Hall” İngiltərə Premyer Liqasının turnir cədvəlində yeddi xalla ikinci yerdədir. Komanda bu il Premyer Liqaya yüksəlib.

Bizim.Media

Mənbə: bizim.media