“Qalatasaray” növbəti transferini reallaşdırıb.
İstanbul təmsilçisi El-Şaday Bitşiabunun keçidini açıqlayıb.
21 yaşlı müdafiəçi müqavilə ilə məxsus olduğu “Leyptsiq”dən (Almaniya) icarəyə götürülüb. Fransalı futbolçu artıq İstanbuldadır.
“Sarı-qırmızılar” mövsümün sonunda futbolçunu birdəfəlik transfer etmək hüququna da malikdir.
Qeyd edək ki, El-Şaday Bitşiabu PSJ-nin yetirməsidir. O, 2023-cü ildə Paris klubundan “Leyptsiq”ə keçib.
Mənbə: qafqazinfo.az