Rusiya Dövlət Dumasının Bədən Tərbiyəsi və İdman Komitəsi sədrinin birinci müavini Dmitri Svişev fiqurlu konkisürmə üzrə ikiqat Olimpiya çempionu Yevgeni Plyuşenkonu oğlu Aleksandrın Azərbaycan milli komandasına keçidini izah etməyə çağırıb.
Bu barədə Rusiya KİV yazıb.
Onun sözlərinə görə, Plyuşenkonun oğlunun idman vətəndaşlığını dəyişməsi qərarın səbəbinin izah edilməməsi səbəbindən guya hər kəs tərəfindən mənfi qarşılanıb: "Qoy Plyuşenko onu bunu etməyə vadar edən səbəbi izah etsin".
O, əlavə edib ki, Rusiya idmançılarının digər ölkələr üçün yarışmasını dəstəkləmir.
Ağarza Elçinoğlu
Mənbə: unikal.az