“Barselona”nın cinah oyunçusu Lamin Yamal komandanın heyətində 50 və ya daha çox qol vuran ən gənc oyunçu olub.
Bu, “Barsa”nın İspaniya La Liqasının 3-cü turunda “Rayo Valyekano”ya 5-2 hesabı ilə qalib gəldiyi oyunda baş verib.
İki qol vuran Lamin, məşhur keçmiş hücumçu Xosep Eskolanın 91 ildir davam edən rekordunu qırıb. Eskola “Barselona”da 50 qol həddinə 1935-ci ildə 20 yaş 356 günlüyündə çatıb.
O vaxtdan bəri yalnız argentinalı Lionel Messi buna yaxınlaşıb, lakin o, 50 qol həddini 21 yaş 120 günlüyündə keçib. Yamal rekordu qıranda 19 yaş 49 günlüyündə olub.
İspaniya çempionatında üç oyundan sonra “Barselona”nın aktivində doqquz xalı var və turnir cədvəlində birinci yerdədir.
Mənbə: publika.az