O, meydanda olanda “Yuventus” on nəfərlə oynayır – Kostakurta kimi deyir?

O, meydanda olanda “Yuventus” on nəfərlə oynayır – Kostakurta kimi deyir?

İtaliya millisinin və “Milan”ın sabiq oyunçusu Alessandro Kostakurta “Parma” ilə oyunda “Yuventus”un hücumçusu Conatan Devidin oyununu tənqid edib.

“TuttoMercatoWeb” keçmiş müdafiəçinin sözlərini sitat gətirirb:

“Devid meydanda olanda “Yuventus” on nəfərlə oynayır. Bir oyunçu az oynamaq çətindir. Onun oyun tərzini bəyənmirəm. Conatan heç nə göstərmir”.

Kanadalı hücumçu “Parma”ya qarşı matçda 57 dəqiqə meydanda olub. O, qol vura bilməyib. “Qoca Sinyora” 2-0 hesabı ilə qalib gəlib.

Mənbə: publika.az