Yığmamızın forvardı İtaliyada debüt etdi

Yığmamızın forvardı İtaliyada debüt etdi

U-21 yığma komandamızın forvardı Lorenzo Mezzotero “Sampdoriya”nın əsas komandasında debüt edib.

18 yaşlı futbolçu İtaliya B Seriyasında “Yuve Stabiya”ya qarşı görüşün 87-ci dəqiqəsində meydana daxil olub.

Bu görüşdə “Sampdoriya” evdə 1:2 hesabı ilə uduzub.

Mezzotero hazırda “Sampdoriya”nın U-19 heyətinin kapitanıdır.

Mənbə: publika.az