Dambrauskas şahmat oynayırmış - Reytinqi yüksəkdir - Foto

Dambrauskas şahmat oynayırmış -

Azərbaycan çempionu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas onlayn şahmat oynaması ilə diqqət çəkib.

Bu barədə gənc qrossmeyster Aydın Süleymanlı paylaşım edib.

O, çalışdırıcının oyundakı nəticəsini paylaşaraq bu sözləri yazıb: “İndi başa düşürük, niyə həmişə bir gediş qabaqdadır”.

Qeyd edək ki, məşqçinin Beynəlxalq Şahmat Federasiyasının (FİDE) saytındakı reytinq xalı 1833-dür. Bu isə ən yaxşı həvəskar səviyyə hesab olunur.

Xatırladaq ki, litvalı məşqçinin rəhbərliyi ilə “Sabah” İsrailin “Hapoel” komandası üzərində qələbəsi ilə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

Mənbə: qafqazinfo.az