Rumıniya Futbol Federasiyası (FRF) FİFA prezident seçkilərində Canni İnfantinoya dəstək verməyəcək.
Bu qərar FRF İcraiyyə Komitəsinin 26 avqustda keçirilən iclasında qəbul edilib.
“Canni İnfantinoya inamımızı itirmişik. Bu o deməkdir ki, o, 2027-ci ilin mart ayında prezidentliyə namizədliyini irəli sürsə və geri çəkilməsə, ona səs verməyəcəyik”, – deyə FRF prezidenti Razvan Burleanu bildirib.
Narazılığa səbəb İnfantinonun FİFA-nın himayəsi altında keçirilən böyük turnirlərin hüquqlarından gəlir əldə etməyi nəzərdə tutan son layihəsi olub.
Burleanu xatırladıb ki, FRF əvvəllər FİFA rəhbərliyinin bir sıra təşəbbüslərinə, o cümlədən Klublararası Dünya Kubokuna kommersiya hüquqlarının bir hissəsinin köçürülməsi layihəsinə və Dünya Kubokunun hər iki ildən bir keçirilməsi ideyasına qarşı çıxıb.
Mənbə: publika.az