Messi Argentina kütləvi informasiya vasitələrini məhkəməyə verəcək

Messi Argentina kütləvi informasiya vasitələrini məhkəməyə verəcək
"İnter Mayami"nin hücumçusu Lionel Messi Argentina kütləvi informasiya vasitələri (KİV) barəsində qanuni tədbirlər görmək niyyətindədir, onun fikrincə, ölkə mediası atası Xorxe Messinin dəfn mərasimi zamanı ailəsinin şəxsi həyatına dair hüququ pozub.
Bu barədə argentinalı jurnalist Fran Kasaretto "X" hesabında məlumat verib.

"Messi təsdiqlədi ki, Xorxe Messi ilə vidalaşma zamanı ailəsinin şəxsi həyat toxunulmazlığını pozan Argentina media orqanları barəsində hüquqi addımlar atacaq", - deyə o, paylaşımında yazıb.

Xatırladaq ki, avqustun 9-da Messinin atası ilə vida mərasimi baş tutub. Dəfn mərasimi yüksək təhlükəsizlik şəraitində və çox sayda mühafizəçinin iştirakı ilə keçirilib. Bir sıra mənbələrin yazdığına görə, mərasimdə yalnız ailə üzvləri iştirak ediblər.

Mənbə: oxu.az