Neymar Messi ilə yenidən komanda yoldaşı ola bilər

Neymar Messi ilə yenidən komanda yoldaşı ola bilər

Braziliyalı hücumçu Neymar ABŞ-nin 2027-ci ildə "İnter Mayami" klubuna qatıla bilər.

"Gols do Brasileirao"ya istinadən xəbər verilir ki, bu barədə Braziliya milli komandasının keçmiş futbolçusu Felipe Melo bildirib.

Melonun sözlərinə görə, o, oyunçunun əhatəsi ilə əlaqə saxlayıb və ona bildirilib ki, yanvar ayında Neymar Braziliyanın "Santos" klubunu tərk edərək İspaniyanın "Barselona" klubundakı keçmiş komanda yoldaşları - argentinalı Lionel Messi və uruqvaylı Luis Suaresin çıxış etdiyi "İnter Mayami"yə keçə bilər.

Qeyd edək ki, onlar 2014-cü ildən 2017-ci ilə qədər birlikdə "Barselona"da oynayıblar və bu dövr ərzində ümumilikdə 363 qol vurublar.

Mənbə: oxu.az