“Santos”un hücumçusu Neymarın keçmiş agenti Vaqner Ribeyro saxtakarlıqla müştərilərinin qiymətlərini şişirtdiyini etiraf edib.
O, bu barədə müsahibədə məlumat verib.
– Danışıqlar zamanı oyunçunun dəyərini artırmaq üçün doğru olmayan məlumat yayıbsınız?
-Bəli. Yalan danışmayacağam. Deyirdim ki, bu və ya digər klub müəyyən bir oyunçu istəyir. Oyunçunu təklif etdiyim kluba zəng edirdim. Mənə materiallar göndərdilər və mən də məlumatı sızdırırdım.
Məsələn, əgər mən “Real Madrid”in bir oyunçuya olan marağı ilə bağlı məlumat sızdırsam, onda bir çox Avropa klubu onu transfer etmək istəyər. “Real Madrid”in istədiyi oyunçu hər kəsin istədiyi oyunçudur.
Başqa bir nüans: müqaviləni yeniləmək vaxtı gələndə qiymət fərqli olur. Əgər bir oyunçunun klubda çox nüfuzu yoxdursa, amma mən desəm ki, “Real Madrid” onu istəyir, onda onun nüfuzu inkişaf edir. Qiymət artır, bu, bir strategiyadır.
– Etibarlı jurnalistləriniz var idimi?
– Mətbuatda çoxlu dostlarım var idi. Vəziyyət belə idi.
Mənbə: publika.az