Altıqat NBA çempionu Skott Pippen sevgilisinə ad günü təbriki ünvanlayıb.
Məşhur idmançı bu barədə sosial media səhifəsində paylaşım edib.
Pippen mesaja qızın şəklini əlavə edərək yazıb: “Ad günün mübarək, mənim sevimli 23 yaşlım”.
Karyerası ərzində Pippen “Çikaqo Bullz”, “Portland Treyl” və “Hyuston Rokets” komandalarında oynayıb. O, ümumilikdə 1178 NBA oyununda iştirak edib, orta hesabla 16,1 xal, 5,2 məhsuldar ötürmə və 6,4 ribaundla yadda qalıb. Pippenin hazırda 60 yaşı var.
Mənbə: publika.az