“Sabah” Finlandiya çempionunu məğlub etdi - VİDEO

“Sabah” Finlandiya çempionunu məğlub etdi -

"Sabah" bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində ilk matçını keçirib.

Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv "KuPS" önünə çıxıb.

Finlandiya klubuna qarşı görüşdə Azərbaycan çempionu 1:0 qalib gəlib.

Komandalar arasında cavab matçı isə iyulun 28-də Finlandiyada baş tutacaq.

Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

21 iyul

"Sabah" - "KuPS" (Finlandiya) 1:0

Qol: Simiç 45+1

“Bank Respublika Arena”


Mənbə: bizim.media