Messi dünya çempionatının ən yaxşı oyunçusu seçildi

Messi dünya çempionatının ən yaxşı  oyunçusu seçildi

Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AIPS) Argentina milli komandasının hücumçusu Lionel Messini futbol üzrə dünya çempionatının ən yaxşı oyunçusu elan edib.

Bu barədə məlumat təşkilatın rəsmi saytında dərc olunub.

121 ölkədən 472 jurnalistin iştirak etdiyi sorğunun nəticələrinə əsasən, 39 yaşlı argentinalı 1179 xal toplayıb. O, bu göstərici ilə fransalı Kilian Mbappeni (717 xal) və ingiltərəli Cüd Bellingemi (470 xal) geridə qoyub.


Dünya birinciliyində Messi 8 qol vuraraq, aktivində 10 qol olan Mbappedən sonra ikinci pillədə qərarlaşıb.

Xatırladaq ki, 2026-cı il futbol üzrə dünya çempionatının finalında İspaniya yığması Argentina komandasına 1:0 hesabı ilə qalib gəlib. Görüşün əsas vaxtı heç-heçə (0:0) başa çatıb, ikinci əlavə vaxtda isə "Barcelona"nın 26 yaşlı hücumçusu Ferran Torres yeganə qolu vurub.

Mənbə: bizim.media