"Turan Tovuz" fransalı futbolçunun transferini açıqlayıb.
Bu barədə "Turan Tovuz" FK məlumat yayıb.
Bildirilib ki, "Monpelye"nin yetirməsi olan fransalı yarımmüdafiəçi Stiv Beusnard ilə 2 illik müqavilə bağlanıb.
34 yaşlı futbolçu son mövsümdə Fransa Liqa 2-də "Pau" forması ilə 27 oyun keçirib.
O, karyerası ərzində vətənində "Bezye" və "Ayaçço" kimi klubların formasını geyinib.

Bizim.Media
Mənbə: bizim.media