“Şəfa” komandası növbəti transferini reallaşdırıb.
Klubdan bildirilib ki, müdafiəçi Maudo Lamin Jarjue ilə 2 illik müqavilə imzalanıb.
28 yaşlı qambiyalı futbolçu ikinci dəfə Azərbaycanda çıxış edəcək. O, daha əvvəl “Səbail”in formasını geyinib.
Jarjue peşəkar futbolçu karyerasına Portuqaliyanın “Jil Visente” klubunda başlayıb. Eyni zamanda Avstriyanın “Austria” (Vyana), İsveçin “Elfsborq”, Slovakiyanın “Slovan” (Bratislava), Norveçin “Sandefyord” və Şimali Makedoniyanın “Struqa” komandalarında çıxış edib.
Maudo Jarju Qambiya millisinin də üzvü olub və 2 matçda meydana çıxıb.
Mənbə: unikal.az