Şakira və Ferran Torresin FOTOLARI sosial şəbəkələrdə gündəm oldu

Şakira və Ferran Torresin FOTOLARI sosial şəbəkələrdə gündəm oldu

Müğənni Şakira futbol üzrə 2026-cı il dünya çempionatının finalından sonra İspaniya millisinin hücumçusu Ferran Torreslə səmimi görüntüləri ilə diqqət mərkəzinə düşüb.

49 yaşlı Şakira 26 yaşlı Ferran Torresə "Matçın ən yaxşı oyunçusu" mükafatını təqdim edib. Mükafatlandırma mərasimində onların mehriban ünsiyyəti və qucaqlaşması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

İstifadəçilər paylaşdıqları şərhlərdə Şakiranın sabiq həyat yoldaşı, keçmiş futbolçu Jerar Pikeyə istehzalı eyhamlar vurublar. Bəzi paylaşımlarda Ferran Torresin həmin gün həm meydanda, həm də meydandan kənarda "qalib gəldiyi" zarafatla qeyd edilib.


Qeyd edək ki, Şakira və Jerar Pike 11 il birlikdə yaşayıblar və 2022-ci ildə qalmaqallı şəkildə ayrılıblar.


Mənbə: bizim.media