Argentina millisinin müdafiəçisi Kristian Romero futbol üzrə 2026-cı il dünya çempionatının finalından sonra keçirilən mükafatlandırma mərasimində ABŞ prezidenti Donald Trampın əlini sıxmayıb.
Gümüş medalı qəbul edən Romero əvvəlcə FIFA prezidenti Canni İnfantino ilə əl sıxıb, daha sonra isə Donald Trampı salamlamadan onun yanından keçib.
Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Lakin futbolçunun bu addımının səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Mənbə: bizim.media