İngiltərə millisinin keçmiş hücumçusu Qari Lineker qarşıdan gələn Dünya Kubokunun unikal olacağını bildirib.
“iNews” Linekerdən sitat gətirib:
“Bu turnir unikal olacaq, çünki ev sahibi ölkənin turnir iştirakçılarından biri ilə (ABŞ və İran nəzərdə tutulur – red.) müharibə etdiyini xatırlaya bilmirəm. Bu, narahatedicidir və Tramp çox gözlənilməzdir”.
Aprelin sonunda ABŞ prezidenti Donald Tramp FİFA prezidenti Canni İnfantinonun İran milli komandasının 2026-cı il dünya çempionatında iştirak etməsinə icazə vermək qərarını dəstəklədiyini bildirib.
İnfantino əvvəllər iranlıların turnirdə iştirak edəcəyini və oyunlarını ABŞ-da keçirəcəyini bildirmişdi.
İran millisi Belçika, Misir və Yeni Zelandiya ilə bir qrupda oynayacaq. ABŞ millisi isə D qrupunda oynayacaq. Onların rəqibləri Paraqvay, Avstraliya və Türkiyə olacaq.
Turnir 11 iyun – 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək. Yarışda ilk dəfə olaraq qırx səkkiz komanda iştirak edəcək.
Mənbə: publika.az