İsrail ordusu “Hizbullah”ın xüsusi təyinatlı bölməsinin taqım komandirinin öldürüldüyünü açıqlayıb

İsrail ordusu “Hizbullah”ın xüsusi təyinatlı bölməsinin taqım komandirinin öldürüldüyünü açıqlayıb

İsrail Ordusu Livanın cənubuna yeni dəqiq zərbə endirib.

Bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, zərbənin məqsədi “Hizbullah”ın silahlı qanadının xüsusi əməliyyat bölmələrindən birinin taqım komandirini məhv etmək olub. Hücum nəticəsində o öldürülüb, onun adı açıqlanmayıb.

Qeyd olunur ki, zərbə Livanın cənubundakı Aytarun qəsəbəsinin kənarına endirilib.

Mənbə: report.az