Husilər Tel-Əvivdəki Ben Qurion hava limanına və İsrailin şərqində yerləşən Sdot Mixa hərbi bazasına hücum edib.
Bunu husilərin hərbi nümayəndəsi Yəhya Səriya deyib.
"Sdot Mixa bazasına "Fələstin-2" hipersəs raketi ilə hücum edilib, eyni zamanda ballistik raketlə İsrailə qarşı hərbi əməliyyat keçirilib. Husilər həmçinin "Zülfüqar" raketi ilə Ben Qurion hava limanına hücum edib və İsrailin cənub-qərbindəki Aşkelon şəhəri yaxınlığındakı vacib hədəfə pilotsuz təyyarə ilə zərbə endirib. Hər iki əməliyyat məqsədlərinə nail olub”,- o bildirib.
Səriya qeyd edib ki, hücum nəticəsində Ben Qurion hava limanı təxminən bir saat fəaliyyətini dayandırıb.
Mənbə: axar.az