İsrail Qəzzada quru əməliyyatına başladı

İsrail Qəzzada quru əməliyyatına başladı

İsrail ordusu Qəzzanın cənubunda yerləşən Rəfah şəhərinin Şabura bölgəsində quru əməliyyatına başlayıb.

Bu barədə İsrail ordusundan məlumat verilib.

"Təhlükəsizlik qüvvələrimiz son saatlarda Rəfahın Şabura bölgəsində quru əməliyyatları həyata keçirməyə başlayıb. Bu əməliyyatlar çərçivəsində bir sıra terror obyektləri məhv edilib", - məlumatda qeyd olunub.

Bundan əlavə, ordu nümayəndələri hərbçilərin Qəzzanın şimal və mərkəzi hissələrində də quru əməliyyatlarını davam etdirdiyini qeyd ediblər.

Mənbə: axar.az