Putin hərbi formada müharibə bölgəsinə getdi - VİDEO

Putin hərbi formada müharibə bölgəsinə getdi -

Rusiya Prezidenti Vladimir Putin Kursk vilayətində bir qrup qoşunun komanda məntəqəsinə hərbi formada gedib.

Görüntüləri telejurnalist Pavel Zarubin öz teleqram kanalında yayımlayıb.

Görüntülərdə dövlət başçısının Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun məruzəsini necə dinləməsi əks olunub.

Qeyd edək ki, bu, Putinin müharibə başlayandan Kursk vilayətinə ilk səfəridir.

Mənbə: qafqazinfo.az