Suriyanın yeni hakimiyyət orqanlarına tabe olan silahlı qüvvələr sahilyanı Latakiya əyalətində Tartus və Cebla şəhərləri yaxınlığında keçmiş prezidenti Bəşər Əsədin tərəfdarları ilə qızğın döyüşlər aparır.
Bu barədə TASS-a əyalətdəki mənbə məlumat verib.
"Cebla, Tartus, Beyt, Baniyas - hər yerdə döyüşlər gedir. Artıq 3 gündür ki, işıq və su yoxdur, hamı evdən çölə çıxmamağa çalışır", - mənbə bildirib.
O, mülki itkilərin olduğunu da təsdiqləyib.
Qeyd edək ki, nartın 6-da Latakiya, Tartus və Xüms əyalətlərində təhlükəsizlik qüvvələri ilə eks-prezidentin tərəfdarları arasında toqquşmalar başlayıb.
Mənbə: axar.az