Rusiya Silahlı Qüvvələri Zaporojyedəki “Pravoberejnaya” elektrik stansiyasını vurub.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin iddiasına görə, stansiya Ukraynanın hərbi-sənaye kompleksi müəssisələrini elektrik enerjisi ilə təmin edib.
Bundan əlavə, Odessa vilayətinin Kiliya limanında liman infrastrukturunun obyektləri də zərbələrə məruz qalıb.
Mənbə: bizim.media