Pentaqonun baş müfəttişi Ukraynada Starlink və Starshield xidmətindəki fasilələri araşdırmaqdan imtina edib.
Musavat.com Associated Press agentliyinə istinadən xəbər verir ki, baş müfəttişin senatorlara cavabında onların suallarına ABŞ Hərbi Hava Qüvvələri cavab verməlidir. Agentliyin məlumatına görə, qanunvericilər bu cavabı İlon Maska qarşı araşdırmadan imtina kimi şərh ediblər.
Xatırladaq ki, doqquz senator - dörd respublikaçı və beş demokrat - Pentaqonun baş müfəttişindən peyk rabitəsini məhdudlaşdırmaq qərarını kimin verdiyini və ABŞ rəsmilərinin bu işdə iştirak edib-etmədiyini müəyyən etməyi xahiş ediblər.
Qanunvericilər həmçinin fasilələrin kəşfiyyat paylaşımına və təhdid xəbərdarlıqlarına təsir edib-etmədiyini müəyyən etmək istəyiblər.
Məhdudiyyətlərin Ukraynada Rusiya hücum dronlarının ələ keçirilməsini çətinləşdirdiyi məlumdur. Lakin 27 oktyabr tarixli cavabında baş müfəttiş qaldırılan məsələlərin ABŞ Hərbi Hava Qüvvələrinin səlahiyyətində olduğunu bildirib.
Baş Müfəttiş Ofisinin sözçüsü Molli Halpern agentliyin senatorların müraciətini diqqətlə nəzərdən keçirdiyini bildirib. Lakin yeni məlumatlar ortaya çıxsa, o, qərarın yenidən nəzərdən keçirilməsini istisna etməyib.
Demokrat senator Cin Şahin müstəqil araşdırmanın rədd edilməsini tənqid edib: "Baş Müfəttişin Ukraynanın mülki şəxsləri qorumaq üçün etibar etdiyi peyk rabitəsinin kəsilməsini araşdırmamaq qərarına gəlməsi narahatedicidir".
Şahinin sözlərinə görə, Tramp administrasiyası və SpaceX kəsintilər üçün ziddiyyətli izahlar veriblər.
Senator hesab edir ki, məsuliyyəti müəyyən etmək və oxşar vəziyyətlərin təkrarlanmasının qarşısını almaq üçün müstəqil araşdırma aparmaq lazımdır.
Mənbə: musavat.com