İran ABŞ-yə məxsus dronu vurdu

İran ABŞ-yə məxsus dronu vurdu

İranın hava hücumundan müdafiə qüvvələri Hörmüz boğazı üzərində ABŞ-yə məxsus MQ-9 dronunu vurub.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

“İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) hava hücumundan müdafiə qüvvələri Hörmüz boğazının hava məkanında bir ədəd MQ-9 pilotsuz uçuş aparatını aşkarlayıb və dərhal məhv edib”, - məlumatda deyilir.

İran tərəfi Vaşinqton-Tehran münaqişəsinin başlanmasından indiyədək 50-dən çox MQ-9 dronunu vurduğunu açıqlayıb.

Mənbə: qafqazinfo.az