Rusiya ilin sonunadək cəbhəyə əlavə 300 min hərbçi göndərəcək? – VİDEO

Rusiya ilin sonunadək cəbhəyə əlavə 300 min hərbçi göndərəcək? –

Rusiyada gizli səfərbərlik başlayıb və Ukrayna Silahlı Qüvvələri (USQ) artıq oktyabr ayında cəbhədə düşmənin canlı qüvvəsinin əhəmiyyətli dərəcədə artacağını gözləyir.

Bu barədə USQ-nin Pilotsuz Sistemlər Qüvvələrinin komandiri Robert Brovdi ("Madyar" çağırış adı ilə tanınır) “The Telegraph” nəşrinə müsahibəsində bildirib.

O qeyd edib ki, Rusiya ilin sonunadək səfərbər olunan 300 min nəfəri təchiz etmək imkanına malikdir:

“Onlar demək olar ki, heç bir təlim keçmədən cəbhəyə göndəriləcək”.

Brovdi vurğulayıb ki, Ukrayna buna hazırlaşır və düşməni döyüş meydanında layiqincə qarşılayacaq.


Mənbə: bizim.media