Türkiyə hərbi-dəniz təlimlərinə başladı: 14 min hərbçi iştirak edir - VİDEO

Türkiyə hərbi-dəniz təlimlərinə başladı: 14 min hərbçi iştirak edir -

Türkiyədə Denizkurdu-I/2026 hərbi-dəniz təlimlərinə başlanılıb.

Təlimlərə təxminən 14 min hərbçi, 100 gəmi və 50 aviasiya vasitəsi cəlb olunub. Təlimlər sentyabrın 25-dək davam edəcək.

Manevrlər eyni vaxtda Qara dəniz, Egey dənizi və Şərqi Aralıq dənizində keçirilir. Hərbçilər operativ hazırlıq ssenarilərini məşq edir və döyüş atışları ilə təlimlər keçirirlər.

Sentyabrın 24-də isə Şərqi Aralıq dənizində Türkiyə Hərbi Dəniz Qüvvələrinin flaqman gəmisi TCG Anadolunun göyərtəsində Fəxri Müşahidəçilər Günü keçiriləcək.




Mənbə: bizim.media