Zakir Həsənov Türkiyədə buraxılış mərasiminə qatıldı - FOTOLAR

Zakir Həsənov Türkiyədə buraxılış mərasiminə qatıldı - FOTOLAR

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasında işgüzar səfərdədir.

Avqustun 30-da müdafiə naziri Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin Quru Qoşunları, Hərbi Dənizçilik və Hərbi Təyyarəçilik məktəblərinin buraxılış mərasiminə qatılıb.

Tədbirdə iştirak edən Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan mərasimdə çıxış edərək məzunları təbrik edib.

Sonra plana uyğun olaraq məzunlara diplomlar təqdim olunub.

Qeyd edək ki, hərbi məktəbləri müvəffəqiyyətlə bitirən azərbaycanlı məzunlara diplomları general-polkovnik Z.Həsənov təqdim edib.

Zakir Həsənov Türkiyədə buraxılış mərasiminə qatıldı - FOTOLARZakir Həsənov Türkiyədə buraxılış mərasiminə qatıldı - FOTOLARZakir Həsənov Türkiyədə buraxılış mərasiminə qatıldı - FOTOLARZakir Həsənov Türkiyədə buraxılış mərasiminə qatıldı - FOTOLARZakir Həsənov Türkiyədə buraxılış mərasiminə qatıldı - FOTOLAR

Mənbə: unikal.az