Rusiyanın zenit raket istehsalı zavodu belə vuruldu – ANBAAN VİDEO

Rusiyanın zenit raket istehsalı zavodu belə vuruldu –

Ukrayna "Flaminqo" raketi ilə Rusiyanın Kirov şəhərində yerləşən "AVİTEK" zavodunu vurub.

UNİAN-a istinadən xəbər verilir ki, hücumdan sonra zavodda yanğın baş verib.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına əsasən, müəssisə "yer-hava" sinifli idarəolunan zenit raketləri, raket-hədəflər, pilotların xilas edilməsi üçün katapult oturacaqları, aviasiya yükqaldırma sistemlərinin istehsalı üzrə ixtisaslaşıb.


Bildirilir ki, zavod həmçinin "Tor" zenit-raket komplekslərinin istehsalı proqramında iştirak edir.

Məlumata görə, "AVİTEK" ABŞ, Ukrayna və bir sıra digər ölkələrin sanksiyaları altındadır.


Mənbə: bizim.media