İran Səudiyyə Ərəbistanında yerləşən, ABŞ tərəfindən istifadə olunan aviabazaya raket zərbəsi endirib.
Bu barədə “Axios” portalının jurnalisti Barak Ravid ABŞ rəsmisinə istinadla məlumat yayıb.
Məlumata görə, hücum Ər-Riyaddan cənub-şərqdə yerləşən Şahzadə Sultan Hava Bazasını hədəf alıb.
Bu, təxminən dörd aydan sonra İranın Səudiyyə Ərəbistanına qarşı ilk birbaşa zərbəsidir.
Mənbə: publika.az