300-dən çox PUA hücumunun qarşısı alınıb - Rusiya Müdafiə Nazirliyi

300-dən çox PUA hücumunun qarşısı alınıb - Rusiya Müdafiə Nazirliyi

Rusiya hava hücumundan müdafiə qüvvələri bir gecədə 349 PUA hücumunun qarşısını alıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, gecə ərzində Ukraynaya məxsus 349 pilotsuz uçuş aparatı növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

O da qeyd olunub ki, Rusiya hava hücumundan müdafiə qüvvələri bir həftə ərzində on "Flamingo" raketini və təxminən 5000 Ukrayna dronunu sıradan çıxarıb.


Mənbə: unikal.az