Moskva səması dronlarla doldu – Sobyanin qorxulu gecədən danışdı

Moskva səması dronlarla doldu – Sobyanin qorxulu gecədən danışdı

Bazar ertəsi axşamdan çərşənbə axşamı səhər saat 6:00-dək Moskva bölgəsinə 430-dan çox dron uçub.

Bu barədə Moskva meri Sergey Sobyanin bildirib.

"Onların əksəriyyəti hava hücumundan müdafiə qüvvələri tərəfindən uzaq məsafədən zərbələr endirilərək zərərsizləşdirilib", - Sobyanin deyib.

O, həmçinin Moskvaya yaxınlaşarkən 36 dronun vurulduğunu da dəqiqləşdirib.

Moskva hava limanları koordinasiyalı uçuş idarəetmə sisteminə keçib.

Müəllif: Tural

Mənbə: publika.az