ABŞ-da pilot göydə nəhəng yazı "çəkdi": "ABŞ-ın 250 ili" - VİDEO

ABŞ-da pilot göydə nəhəng yazı "çəkdi":

ABŞ-ın Ohayo ştatında yüngülmühərrikli təyyarənin pilotu qeyri-adi hava aksiyası həyata keçirib.

Pilot 6 saat 11 dəqiqə davam edən uçuş zamanı təyyarənin marşrutunu elə planlaşdırıb ki, trek xəritəsində ABŞ-ın konturları içərisində "ABŞ-ın 250 ili" yazısı əmələ gəlib.

Pilotun bu addımı maraqla qarşılanıb və sosial şəbəkələrdə geniş yayılıb. Sözügedən aksiya ölkənin 250 illik yubileyinə özünəməxsus bir təbrik kimi qiymətləndirilir.


Mənbə: bizim.media