"Tasnim" agentliyinə istinadən xəbər verilir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb.
"SEPAH bu gün həyata keçirilən birgə raket və pilotsuz uçuş aparatı əməliyyatı zamanı ballistik raketlər və dronlardan istifadə edərək ABŞ hərbçilərinin Küveytdəki "Əli əs-Saləm" bazasında və Bəhreynin Salman limanındakı Beşinci Donanma bazasında yerləşən səkkiz mühüm infrastruktur obyektini məhv edib", - deyə bəyanatda bildirilib.
SEPAH ABŞ-yə xəbərdarlıq edib ki, yaxın vaxtlarda onun regiondakı bazalarını əsl cəhənnəm gözləyir.
"ABŞ tərəfindən Sirikin nizamsız şəkildə atəşə tutulması elit qüvvələrimizin Hörmüz boğazı üzərindəki nəzarəti məsələsini həll etmir. Regiondakı Amerika bazaları isə tamam başqa məsələdir. Yaxın günlərdə onları əsl cəhənnəm gözləyir", - deyə məlumatda qeyd olunub.
Mənbə: oxu.az