ABŞ Dövlət Departamenti Ukraynaya “Hawk” raket sistemləri üçün avadanlıqların satışını təsdiq edib.
Bu barədə məlumatı Dövlət Departamenti yayıb.
Müqavilənin təqribi dəyəri 108,1 milyon dollar təşkil edir.
Bildirilib ki, sözügedən satış ABŞ-nin döyüş hazırlığı səviyyəsinə mənfi təsir etməyəcək.
Mənbə: qafqazinfo.az